Xəbər verdiyimiz kimi, ötən gün DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.
NOCOMMENT xəbər verir ki, qafqazinfo hərbi helikopterin qəzaya uğradıqdan sonrakı görüntülərini əldə edib.
Görüntülər helikopterin qalıqlarının ərazidən götürüldüyü an lentə alınıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qara qutusunun tapıldığını açıqlayıb. Onun sözlərinə görə, qara qutunun müvafiq hissələri Baş Prokurorluqdadır.












