Kəlbəcərə ilk köçənlərdən biri Hökümə Əliyevanın ailəsidir

Kəlbəcərə ilk köçənlərdən biri Hökümə Əliyevanın ailəsidir

Kəlbəcərə ilk köçənlərdən 20 ailədən biri də Milli Qəhrəman Hökümə Əliyevanın ailəsidir.

NOCOMMENT.az bildirir ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyev “Unikal”a açıqlamasında bildirib ki, onların ailəsinə 4 otaqlı ev təqdim edilib.

“Sağ olunsun dövlət başçımız. Bizi öz doğma torpaqlarımıza qovuşdurdu. Bu gün Prezident İlham Əliyev mənə Kəlbəcərin mərkəzində yerləşən tam təmirli 4 otaqlı evin açarını təqdim elədi”.

Qeyd edək ki, bu barədə ilk məlumatı Modern.az saytı yayıb.