Koronavirus STATİSTİKASI: Ölənlərin sayı 10 minə yaxınlaşır

Koronavirus STATİSTİKASI: Ölənlərin sayı 10 minə yaxınlaşır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 51 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 469 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 201 nəfər müalicə olunaraq sağalıb, hazırda 315 nəfər aktiv xəstə var. Bu günə qədər 9 953 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 935, bu günə qədər isə ümumilikdə 7 329 356 test icra olunub.