Kürdəmir məktəblilərindən  möhtəşəm fləşmob – VİDEO

Kürdəmir məktəblilərindən möhtəşəm fləşmob – VİDEO

Kürdəmir məktəblilərindən Zəfər günü ilə bağlı möhtəşəm fləşmob təşkil edilib.

NOCOMMENT.AZ xəbər verir ki,8 Noyabr Zəfər günü münasibətilə Kürdəmir rayon Cabbar Əsgərov adına Sığırlı kənd tam orta məktəbinin şagirdləri möhtəşəm fləşmob həyata keçiriblər.

Təşkil olunan fləşmobda məktəbin 8-11-ci sinif şagirlərindən ibarət 190 şagird iştirak edib. Onlar məktəbin həyətində bir araya gələrək Azərbaycan bayrağını dalğalandırıb və möhtəşəm 8 Noyabr sözünü yazıblar.

Təşəbbüs məktəb rəhbərliyi tərəfindən irəli sürülüb və məqsəd sabah ölkəmizdə təşkil olunacaq möhtəşəm Zəfər gününə öz hörmət və ehtiramlarını bildirməkdən ibarət olub.