Ləğv prosesində olan daha iki bankın əmlakı satışa çıxarılır

Ləğv prosesində olan daha iki bankın əmlakı satışa çıxarılır

21 may “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan daha 2 bankın balansında olan daşınmaz əmlakların açıq hərracı keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Hərraca çıxarılan əmlakların ikisi “Atabank”” ASC-yə məxsusdur. Bakı şəhəri, Xətai rayonunda yerləşən iki qeyri-yaşayış sahəsi 542 min manat ilkin qiymətlə satışa çıxarılıb. Bunlar 270.9 kv.m sahəsi olan, Babək prospekti, 12A, (blok B) ünvanında, 15-ci və 16-cı mərtəbədə yerləşən qeyri-yaşayış sahələridir.

“Texnikabank” ASC-yə məxsusqeyri-yaşayış sahələri də eyni ünvanda – Babək prospekti, 12A, C blokda yerləşir. 3-cü mərtəbədə yerləşən 251.8 kv.m-lik qeyri-yaşayış 525 min manat, 4-cü mətəbədə yerləşən qeyri-yaşayış isə 505 min manat ilkin qiymətlə hərraca təqdim olunacaq.\\Valyuta.az