Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib.
NOCOMMENT.az Report-a istinadla xəbər verir ki, bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev danışıb.
O bildirib ki, həmin vaxt şagirdlərin davranış səviyyələri nəzərə alınacaq.
Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:
– müəllim baxışı, qeyri-verbal münasibət
– şagirdlərlə sakit söhbət
– xəbərdarlıq
– uzaqlaşdırma
– valideyn ilə əlaqə saxlamaq
– dərsdən sonra şagirdin məktəbdə saxlanması
– psixoloqa yönləndirmə
– sarı xəbərdarlıq məktubu
– narıncı xəbərdarlıq
– qırmızı xəbərdarlıq












