Məşhur xanəndə vəfat edib

Məşhur xanəndə vəfat edib

Azərbaycanlı məşhur xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu barədə xanəndənin yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Bildirilib ki, o, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Hacıyev 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub. O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Xanəndə eyni zamanda dillər əzbəri olan “Neyçün bəs” mahnısının müəllifir.