Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Füzuli rayonunun Ermənistanın işğalından azad olunan hissəsində minaya düşən hərbi qulluqçularının durumuna aydınlıq gətirib.
Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev NOCOMMENT-ə bildirib ki, minaya düşən Murad Məmmədzadənin sol ayağı topukdan amputasiya edilib.
O bildirib ki, Sarib Məmmədzadənin müalicəsi isə davam etdirilir.












