Naxçıvanda toy yasa döndü – 5 nəfər öldü

Naxçıvanda toy yasa döndü – 5 nəfər öldü

Naxçıvanda dəhşətli yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər həyatını itirib.

Qəza “Hyundai” markalı avtomobillə “Wolswagen” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində daha 5 nəfərin ağır yaralandığı bildirilir.

Hər iki avtomobildə olan şəxslərin toy məclisindən qayıtdıqları deyilir.

Faktla bağlı araşdırma aparılır.