Nərminlə bağlı rəy verən ekspert məhkəməyə çağırıldı

Nərminlə bağlı rəy verən ekspert məhkəməyə çağırıldı

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə vəkillərin vəsatətləri dinlənilib.

Məlum olub ki, ekspertiza zamanı meyitin üzərində və hadisə yerində olmayan cins şalvar peyda olub. Bu cins şalvarın maddi sübut kimi göstərilməsi ilə bağlı rəy verən Aysel Cavadovanın məhkəməyə gətirilməsi ilə bağlı vəsatət verilib. A.Cavadova Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin lifli materiallar üzrə mütəxəssisidir.

Bunda başqa divarda tapılan qanın DNT analizinin aparılması ilə bağlı da İ.Süleymanov özü vəsatət verib. İbtidai istintaqda qeyd olunub ki, evin beş yerindən qan tapılıb. Təqsirləndirilən şəxs istəyir ki, qanın kimə məxsus olması aydınlaşdırılsın. Çünki ekspertiza yalnız qan qrupunu təyin etməklə kifayətlənib.

Ümumilikdə vəkillər tərəfindən 8 vəsatət verilib. Bunların bir çoxu yeni şahidlərin dindirilməsi ilə bağlı olub. Hakimlər vəsatətlərdən dördünü təmin edib.

Proses oktyabrın 26-da davam etdiriləcək.