Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43692 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3069 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1788, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 38835 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12434328 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5264564, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4762493, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 2407271 təşkil edir.