66 yaşlı bibisini güllələdi - Tovuzda DƏHŞƏTLİ qətl

66 yaşlı bibisini güllələdi - Tovuzda DƏHŞƏTLİ qətl

Tovuz rayonunda silahlı insident baş verib.

NOCOMMENT.az xəbər verir ki, Ülvi İsayev adlı şəxs bibisi, 1960-cı il təvəllüdlü Məlahət İsayevanı odlu silahla qətlə yetirib.

Hadisə rayonun Əlimərdan kəndinin ərazisində yerləşən fermada qeydə alınıb.

İlkin məlumata görə, əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.\\report.az