Prezidentin səfirlikdən geri çağırdığı Anar Məhərrəmov KİMDİR?  - DOSYE

Prezidentin səfirlikdən geri çağırdığı Anar Məhərrəmov KİMDİR? - DOSYE

Xəbər verdiyimi kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun oğludur.

Anar Məhərrəmovun dosyesini təqdim edirik:

Anar Məhərrəmov 2 fevral 1978-ci ildə Bakı şəhərində doğulub. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsili alıb. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin magistri olub.

2001-2004-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsində də magistr dərəcəsini bitirib.

2017-ci ildə Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası üzrə professor təhsili alıb.

2004-cü ildə hüquq elmləri namizədi elmi dərəcəsi alıb.

2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti olub.

Anar Məhərrəmov 2013-cü ildə hüquq üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2000-cildə Xarici İşlər Nazirliyində başlayıb. 2000-2006-cı illər ərzində nazirliyin Beynəlxalq hüquq və müqavilələr idarəsində referent, attaşe, üçüncü katib, ikinci katib vəzifələrində işləyib.

2006-2010-cu illərdə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində ikinci katib, birinci katib, müşavir vəzifələrində çalışıb.

2010-2013-cü illərdə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Anar Məhərrəmov Hüquq və müqavilələr idarəsində rəis müavini postunun tutub.

A.Məhərrəmov 2013-2016-cı illərdə Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin rəisi işləyib.

2016-cı ilin aprel ayında ölkə başçısının sərəncamı ilə Anar Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

2016-cı ilin noyabr ayından həm də Azərbaycan Respublikasının Ümumdünya Turizm Təşkilatı yanındakı daimi nümayəndəsidir.

O, 2021-ci ildən Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri idi.

İspan, ingilis, rus, türk dillərini bilir. Evlidir, üç övladı var.