Qəzada həlak olan hərbçilərlə vida mərasimi keçiriləcək

Qəzada həlak olan hərbçilərlə vida mərasimi keçiriləcək

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçularla bu gün vida mərasimi keçiriləcək.

NOCOMMENT xəbər verir ki, mərasim bir qədər sonra DSX-nin “Sərhədçi” İdman Kompleksində başlayacaq.

Həlak olan şəxslərin nəşi hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunur.

Sonra cənazələr vida mərasiminin keçirilməsi üçün “Sərhədçi” İdman Kompleksinə aparılacaq.

Daha sonra isə cənazələr dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək