Ramazanın 20-ci gününün duası: İmsak və iftar vaxtı

Ramazanın 20-ci gününün duası: İmsak və iftar vaxtı

Sabah Ramazan ayının iyirminci günüdür.

NOCOMMENT.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 21-də imsak vaxtı saat 04:22-də, iftar vaxtı isə 19:40-dadır.

İmsak duası:
“İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah”.

İftar duası:

“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!