Sabunçu rayonu, Savalan qəsəbəsi, 65-ci məhəllənin sakinləri iddia edirlər ki, avqust ayından onlara heç bir xəbərdarlıq edilmədən smart qaz sayğacları mexaniki ilə əvəzlənib. Amma onlara ödəniş üçün kod verilməyib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sayğacın ödəniş kodu verilmədiyi üçün sakinlər aylardır istifadə etdikləri qazın pulunu ödəyə bilmirlər. Hətta bununla bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini deyirlər.
“Azəriqaz”dan “Xəzər Xəbər”ə bildirildi ki, məsələ araşdırılıb. Gələn həftədən etibarən abonentlərə yeni kodların və bildirişlərin verilməsinə başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












