Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, “VAZ dairəsi” kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geridönmə hissə yaradılır.
NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, bu, sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə edilir.
Yeni geridönmə hissə yaxın günlərdə istifadəyə veriləcək.











