Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaqlar

Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaqlar

Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaqlar.

NOCOMMENT xəbər verir ki, dəfn mərasimi bu gün keçiriləcək.

Artıq “Sərhədçi” İdman Kompleksində şəhid hərbi qulluqçularla keçirilən vida mərasimi başa çatıb.