Şərurda TIR aşıb, xəsarət alanlar var – VİDEO – YENİLƏNİB

Şərurda TIR aşıb, xəsarət alanlar var – VİDEO – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Siyaqut kəndi yaxınlığında yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

FHN-dən NOCOMMENT.az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Şərur rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Dongers” markalı bitum daşıyan yük avtomobili ilə “Chery” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürənlər tərəfindən müvafiq vasitələrdən istifadə edilməklə avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Həmçinin, bitum daşıyan yük avtomobilində mümkün yanğın-partlayış hadisəsinin qarşısını almaq üçün ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

***

10.19

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Siyaqut kənd yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində ağır yüklü TIR aşıb.

Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir. Əraziyə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub (apa).

Şərurda TIR aşıb, xəsarət alanlar var - VİDEO  - YENİLƏNİB

Şərurda TIR aşıb, xəsarət alanlar var - VİDEO  - YENİLƏNİB

Şərurda TIR aşıb, xəsarət alanlar var - VİDEO  - YENİLƏNİB