Sumqayıtda yaşayış binasında YANĞIN

Sumqayıtda yaşayış binasında YANĞIN

Sumqayıtda yaşayış binasında yanğın olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin bir otağında 5 m² sahədə ev əşyaları və 1 ədəd televizor qismən yanıb.

Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.