Təhsil krediti almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb

Təhsil krediti almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb

2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti üzrə 5 678 nəfər müraciət edib.

NOCOMMENT xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat tədbirində deyib.

Onun sözlərinə görə, həmin müraciətlər arasından 3 590 müraciət yekunlaşdırılıb: “Yekunlaşdırılmamış 2 088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1 461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1 116, standart TTK üzrə 1 783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub”.