Yevlax-Zaqatala-Gürcüstan magistral yolu yararsız vəziyyətdə – VİDEO

Yevlax-Zaqatala-Gürcüstan magistral yolu yararsız vəziyyətdə – VİDEO

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki-Qax-Zaqataladan keçən hissəsi yararsız hala düşüb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğuna malik magistral yol kənd yolunu xatırladır. yol yararsız olduğundan buradan yalnız həmin yolun üzərində olan kəndin sakinləri istifadə edir.

Magistral yolun bu hissəsi yararsız olduğundan sürücülər Qorağan -Qax-Zaqatala avtomobil yolundan istifadə edirlər. Məsələ ilə bağlı avtomobil yolları dövlət agentliyindən bildirildi ki, yolun əsaslı təmiri nəzərdə tutulub.

Qeyd edək ki, bu magistral Azərbaycanla gürcüstan arasında tranzit əlaqələr yaradan iki əsasə yoldan biridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bizi Facebookda izləyin