Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov vəzifəsindən azad edilib.
NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Muxtar Babayev əmr imzalayıb.
Məlumatlara görə, Namiq Xıdırov vəzifəsindən ayrılması ilə bağlı özü ərizə yazıb. Onun yerinə hələ ki təyinat yoxdur.












