Zədələnmiş yol nişanına görə sürücülər çaşqın vəziyyətdə – VİDEO

Zədələnmiş yol nişanına görə sürücülər çaşqın vəziyyətdə – VİDEO

Dayanmanı qadağan edən nişan qırılıb. Ərazidə avtomobil saxlayan sürücülər də cərimələnir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından, Məhəmməd Hadi küçəsindəndir.

Digər sürücülər də bildirdilər ki, orada avtomobil saxlamağın qadağan olduğundan xəbərsizdirlər. Nişanın kənara atılması xüsusilə gecə saatlarında ciddi problem yaradır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, bəzi hallarda, məsələn yol-nəqliyyat hadisələri zamanı nişanlar zədələnə və sıradan çıxa bilər. Belə hallar müəyyən edildikdə müvafiq tədbirlər görülür və yol nişanlarının bərpası istiqamətində addımlar atılır. Belə halla qarşılaşan vətəndaşlar Yerüstü Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Sözügedən ərazidə də nişan bərpa ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.