Sumqayıtda avtobuslarda dezinfeksiya aparatları quraşdırılıbbackend

Sumqayıtda avtobuslarda dezinfeksiya aparatları quraşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda fəaliyyət göstərən sərnişin avtobuslarına dezinfeksiyaedici məhlullar qoyulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev sosial şəbəkədə paylaşım edib.

Koronovirusla mübarizə tədbirləri çərçivəsində belə bir addım atılıb.
Sumqayıtda fəaliyyət göstərən ictimai nəqlliyyat vasitələrinin əksəriyyətində xüsusi dispenserlər quraşdırılıb. Yaxın müddət ərzində şəhərdə sərnişindaşıma ilə məşğul olan bütün avtobuslarda da dezinfeksiya məhlulları olan aparatlar quraşdırılacaq.
Bu işlər davamlı olaraq nəzarətdə saxlanılır və əhaliyə də ictimai nəqliyyatdan mümkün qədər az istifadə etmələri tövsiyyə edilir.

Qeyd edək ki, şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri hər gün dezinfeksiya olunur.

 

Sumqayıtda avtobuslarda dezinfeksiya aparatları quraşdırılıbSumqayıtda fəaliyyət göstərən sərnişin avtobuslarına…

Gepostet von Eyvaz Qocayev am Mittwoch, 25. März 2020