Qızdırması olan 2 nəfər imtahana buraxılmadı, daha 2 nəfər xaric edildi

Qızdırması olan 2 nəfər imtahana buraxılmadı, daha 2 nəfər xaric edildi

Dövlət İmtahan Mərkəzi tərəfindən 20 avqust 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

NOCOMMENT xəbər verir ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar 16 şəhər və rayonda təşkil olunub.

İlkin məlumatlara əsasən, 2 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.