Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib.
Nazirlikdən NOCOMMENT.az -a verilən məlumata görə, Rəşad Nəbiyev Azərbaycanın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sektorunda təmsil olunan böyük şirkətlərin nümayəndələri ilə görüşüb.
Görüşün keçirilməsində məqsəd ölkəmizin İKT sferasındakı müasir tendensiyaların müzakirəsi, rəqəmsal inkişafa səbəb olan şəraitin yaradılması üçün təkliflərlə tanışlıq və sektor üzrə problemlərin dinlənilməsi olub.












