Azərbaycanın "Avroviziya" təmsilçilərindən Safurə Əliyeva ailəsi ilə birlikdə istirahətə yollanıb.
NOCOMMENT.az xəbər verir ki, müğənni hazırda Türkiyənin məşhur istirahət məkanlarından birində dincəlir. O, istirahət zamanı çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək diqqət çəkib.
Paylaşılan görüntülərdə Safurənin həyat yoldaşı Fərhad Əliyev və övladları İsgəndər, Aişə və Natiq də yer alıblar. Ailənin səmimi fotoları qısa zamanda izləyicilərin marağına səbəb olub və çoxsaylı bəyənmə ilə şərhlər toplayıb.
Qeyd edək ki, Safurə Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün üç övladı var və onlar uzun illərdir Türkiyədə yaşayırlar.













