Ukrayna Krımda aerodromu bombalayır - Şiddətli döyüş gedir

Ukrayna Krımda aerodromu bombalayır - Şiddətli döyüş gedir

Ukrayna Təhlükəsizlik Xidməti işğal altında olan Krımda Rusiyaya məxsus hərbi obyektlərə növbəti uğurlu zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin hərbçiləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində "Saki" və "Qvardeyskoye" hərbi aerodromlarında Rusiya ordusunun aviasiya texnikasını saxladığı dörd anqar tamamilə məhv edilib.

Hücumlar yalnız aerodromlarla məhdudlaşmayıb. Kerç boğazı ərazisində Rusiyanın hava hücumundan müdafiə sistemlərinə qarşı da intensiv zərbələr təşkil edilib. Nəticədə S-400 zenit-raket kompleksinə aid iki qurğu, eləcə də iki ədəd "Pantsir-S1" zenit raket kompleksi sıradan çıxarılıb. Ukrayna xüsusi xidmət orqanlarından bildirilib ki, bu, son dövrlərdə "Alfa" bölmələri tərəfindən həmin ərazidə vurulan dördüncü "Pantsir-S1" kompleksidir.

Əli Səfərli,
NOCOMMENT.az