Peskov: "Rusiya Ermənistanın Aİİ-ni seçəcəyinə ümid edir”

Peskov: "Rusiya Ermənistanın Aİİ-ni seçəcəyinə ümid edir”

Rusiya hesab edir ki, İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə inteqrasiyası ölkə üçün Avropa İttifaqına üzv olma perspektivindən daha səmərəlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Aİİ-yə üzvlük Ermənistanın ÜDM-in artımına hər il əhəmiyyətli töhfə verir: "Biz əminik ki, bizim inteqrasiya prosesimiz öz keyfiyyət xüsusiyyətlərinə görə digər alternativləri əhəmiyyətli dərəcədə üstələyir. Ümid edirik ki, həm erməni xalqı, həm də hazırkı Ermənistan rəhbərliyi vəziyyəti təhlil etdikdən sonra eyni nəticəyə gələcəklər".

Əli Səfərli,
NOCOMMENT.az