“Kred Aqro” Bank Olmayan Kredit Təşkilatında İnsan Resursları və Biznes Tərəfdaşlığı Departamentinin direktoru vəzifəsinə təyinat olub.
NOCOMMENT.az xəbər verir ki, bu vəzifə Naira Tağıyevaya həvalə olunub.
N.Tağıyeva bu təyinata qədər “Kred Aqro” BOKT-da İnsan Resursları Meneceri vəzifəsində fəaliyyət göstərib.
Bundan əvvəl, “PAŞA Kapital” şirkətində İstedadların Cəlbi üzrə Mütəxəssis (İşəqəbul və Headhunting), “Bank Avrasiya”da Baş İnsan Resursları mütəxəssisi, “Repharma-Azerbaijan” şirkətində Layihə Meneceri kimi fəaliyyət göstərib.
O, 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində bakalavr, 2023-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin İdarə Edilməsi üzrə Magistr (MBA) təhsili alıb./Valyuta.az/











