“Sertifikasiya imtahanına gündəlik dərs prosesində hazırlaşırdım”.
Bu sözləri Redaktor.az-a sertifikasiya imtahanında iştirak edən Xətai rayonu 165 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnar İmanova dedi.
O bildirdi ki, imtahan ona asan gəlib:
“Bildiyim suallar idi və cavabları rahatlıqla yazdım. Səhv etdiyim suallar isə ixtisasımla bağlı deyildi. Özümə 60 bal gözləyirdim, nəticədə 58 bal topladım. Buna baxmayaraq, çox sevincliyəm”.












