İyunun 25-də Bakı və Abşeron yarımadasında bəzi ərazilərdə arabir yağış yağacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə saatlarında yarımadanın ayrı-ayrı yerlərində yağıntıların intensivləşməsi, şimşək çaxması ehtimal olunur.
Gündüz saatlarında hava əsasən dəyişkən buludlu, lakin əksər hallarda yağmursuz keçəcək. Gün ərzində şimal-şərq küləyinin axşam saatlarında şimal-qərb küləyi ilə əvəz olunacağı bildirilir.
Havanın temperaturunun gecə 19-22°, gündüz isə 27-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 55-60% səviyyəsində olacaq.
Ölkənin rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və axşam saatlarında yağıntıların güclənəcəyi gözlənilir. Dağlıq ərazilərdə isə arabir duman müşahidə oluna bilər, qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi bildirilir.
Havanın temperaturu rayonlarda gecə 19-22°, gündüz 30-35°, dağlıq ərazilərdə gecə 9-14°, gündüz 18-23°, bəzi yerlərdə isə 25-27° isti olacaq.











