Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsinə yeni rəis təyin edilib.
NOCOMMENT.az-ın məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Xaspulatov Anar Əlimurad oğlu "N” saylı hərbi hissənin rəisi təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən "N” saylı hərbi hissənin rəisi polkovnik-leytenant Seyidəhməd Nurayev vəzifəsindən azad edilərək Fövqəladə Hallar Nazirliyinin Bakı Alayının komandiri təyin edilmişdi. (Qaynarinfo)











