Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC ötən il işçilərinin sayını kəskin azaldıb.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ilin sonunda ASC-də 316 nəfər çalışıb.

2025-ci ilin birinci rübündə işçilərin sayı 339 nəfərə yüksəlsə də, sonrakı rüblərdə azalma qeydə alınıb. Belə ki, ikinci rübdə işçilərin sayı 312 nəfərə, üçüncü rübdə 302 nəfərə, dördüncü rübdə isə 253 nəfərə enib. Bu isə 25,4% azdır. Başqa sözlə, şirkət ötən ilin ilk rübü ilə müqayisədə ilin sonunadək 86 nəfər işçisini ixtisar edib.

Qeyd edək ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” 2019-cu ildə yaradılıb. ASC gübrə və aqrokimyəvi məhsulların topdan satışı, gübrə, toxum və pestisidlərin pərakəndə satışı, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalı, eləcə də baytarlıq preparatlarının satışı ilə məşğuldur. Şirkətin direktoru Zaur Bədəl oğlu Quliyev, 100% sahibi isə Məcidova Afaq Hüseyin qızıdır. (Plat.az)