Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur islahatları çərçivəsində növbəti rəhbər təyinatı həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, Universitetin Elmi Şurasının qərarına əsasən, biologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Sultanova Biotexnologiya və qida mühəndisliyi kafedrasının müdiri təyin edilib.
Nərgiz Sultanova Bakı Dövlət Universitetində biokimya üzrə bakalavr və magistratura, AMEA-da isə doktorantura təhsili alıb. Onun 23 ilə yaxın elmi və pedaqoji fəaliyyət təcrübəsi var.
O, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparıcı elmi işçi, Bakı Dövlət Universitetinin SABAH qruplarında dosent kimi çalışıb. 2025-ci ildən isə ADNSU-da elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Qeyd edək ki, ADNSU-da aparılan struktur dəyişiklikləri universitetdə idarəetmənin səmərəliliyinin artırılması və tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.
Turan
NOCOMMENT.az













