Qarğıdalı saçağının faydaları

Qarğıdalı saçağının faydaları

Qarğıdalı əsrlər boyu Çin tibbində istifadə olunub. Çox vaxt qarğıdalı saçaqlarını ayıraraq zibil qutusuna atırıq. Lakin bu saçaqlar xəstəliklərlə mübarizədə çox güclü təsirə malikdir.

NOCOMMENT xəbər verir ki, qarğıdalı saçaqlarını dəmləyib içmək çox xeyirdir. Qarğıdalı saçaqlarının dəmlənməsi immun sistemini gücləndirməkdə də faydalıdır. Həmçinin həzm sisteminin nizamlı işləməsinə kömək edir. Bağırsaqları işlədən bu çay qəbizlik problemini də aradan qaldırır.
Qarğıdalı çayı, revmatizm və sümük xəstəliklərinə də yaxşı təsir göstərir. Rahatlaşdırıcı təsiri ilə bədəni stressdən azad edir. Sakitlik verir. Qarğıdalı saçağında çoxlu C və K vitaminləri var. Zəngin kalium və antioksidant mənbəyidir.
Dəri və ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Sızanaq və qara nöqtələrin yaranmasının qarşısını alır.