Qəbələdə ağır yol qəzası baş verib – FOTO

Qəbələdə ağır yol qəzası baş verib – FOTO

Qəbələ baş vermiş qəzanın bəzi detalları aydın olub.

NOCOMMENT.az apa-a istinadən xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı mikroavtobus “VAZ-2107” markalı avtomobillə toqquşub. İlkin məlumata əsasən hadisə nəticəsində dünyasını dəyişən var.

“Ford” markalı avtomobili Qəbələ rayonu Xırxatala kənd sakini Zeynalov Hacıalı Comərd oğlunun idarə etdiyi məlum olub. “VAZ-2107”də isə Ağdaş rayonunun sakinləri olublar.

Ilkin məlumata əsasən qəza nəticəsində “VAZ-2107”də olan Ağdaş rayon sakini dünyasını dəyişib. Sürücü isə ağır vəziyyətdə Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.