Dəhşətli zəlzələ anının YENİ GÖRÜNTÜLƏRİ yayıldı - ANBAAN VİDEO

Dəhşətli zəlzələ anının YENİ GÖRÜNTÜLƏRİ yayıldı - ANBAAN VİDEO

Venesuela 39 saniyə ara ilə baş verən 7,5 və 7,2 bal gücündə iki güclü zəlzələ ilə sarsılıb. Təbii fəlakət nəticəsində paytaxt Karakas yaxınlığında yerləşən Simon Bolivar Beynəlxalq Hava Limanına ciddi ziyan dəyib.

NOCOMMENT.az xəbər verir ki, zəlzələlər zamanı hava limanında qeydə alınan görüntülərdə terminal binasının güclü şəkildə titrədiyi, tavanın hissələrinin çökdüyü və ərazini toz buludunun bürüdüyü görünür.

Sərnişinlər və işçilər panika içində terminalı tərk edərək təhlükəsiz ərazilərə qaçmağa çalışıblar.

Hadisədən sonra çəkilən kadrlarda tavan panellərinin yerə töküldüyü, metal konstruksiyaların sallandığı və terminalın müxtəlif hissələrinin ciddi zədələndiyi müşahidə edilib.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkədə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb. O bildirib ki, Simon Bolivar Beynəlxalq Hava Limanının infrastrukturu ciddi zərər gördüyündən hava limanı qeyri-müəyyən müddətə bağlanıb.

Rəsmilərin məlumatına görə, zəlzələlərdən sonra indiyədək 20 afterşok qeydə alınıb. Karakasla yanaşı, Miranda, La Quayra, Araqua, Karabobo və Falkon ştatlarında da ciddi dağıntılar meydana gəlib.

Hökumət təhlükəsizlik məqsədilə ölkə üzrə məktəblərin fəaliyyətini dayandırıb, vacib olmayan bütün fəaliyyətlər isə müvəqqəti olaraq dayandırılıb. Axtarış-xilasetmə qrupları dağıntılar altında qalan insanların tapılması üçün işlərini davam etdirir.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, ilk zəlzələ Yaracuy ştatının Yumare şəhəri yaxınlığında 7,5 bal, ikinci təkan isə San Felipe yaxınlığında 7,2 bal gücündə qeydə alınıb. İki güclü zəlzələ arasında cəmi 39 saniyə fərq olub.

Sözügedən dəhşətli zəlzələ anından görüntüləri təqdim edirik.


SARA
NOCOMMENT.az