Cüdo Federasiyasından Hidayət Heydərovla bağlı açıqlama

Cüdo Federasiyasından Hidayət Heydərovla bağlı açıqlama

Azərbaycan Cüdo Federasiyası (ACF) olimpiya çempionu Hidayət Heydərovun Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə fərqli çəki dərəcəsində iştirakına münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq ACF-dən bildirilib.

Qərarın məşqçilər heyəti və idmançı tərəfindən birlikdə qəbul olunduğu diqqətə çatdırılıb:

“Hidayət Heydərovun Qran-pri yarışında 81 kq çəki dərəcəsində çıxışı barədə qərar cüdoçunun sağlamlığının qorunması və yarış təcrübəsinin artırılması məqsədilə məşqçilər heyəti və idmançı tərəfindən birlikdə qəbul olunub. Onun karyerasını hansı çəki dərəcəsində davam etdirməsi barədə yekun qərar daha sonra veriləcək”.

Xatırladaq ki, turnir iyunun 26-28-də baş tutacaq. Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.