Bakının mərkəzində minik avtomobili alışdı - VİDEO

Bakının mərkəzində minik avtomobili alışdı - VİDEO

Bakının mərkəzində minik avtomobilində yanğın baş verib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, yanğın gecə saatlarında paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Kadrlarda avtomobilin alov içində olduğu, hadisə yerinə polis əməkdaşları və yanğınsöndürənlərin cəlb edildiyi görünür.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə Səbail rayonu ərazisində, Zərifə Əliyeva küçəsində baş verib və xəsarət alan olmayıb.

Nazirliyin məlumatına görə, "112" qaynar telefon xəttinə minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olduqdan sonra dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri göndərilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində KİA markalı minik avtomobilində baş vermiş yanğın söndürülüb. Həmçinin yaxınlıqda yerləşən obyektin alovdan mühafizəsi təmin edilib.