Mərkəzi Aran Regional Təhsil İdarəsində növbəti kadr dəyişikliyi baş verib.
NOCOMMENT.az-a daxil olan məlumata görə, Ucar rayon Təhsil sektorunun müdiri Rahib Burcəliyev öz ərizəsi ilə işdən çıxıb.
Bununla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov müvafiq əmr imzalayıb.
Digər əmrlə isə Məhəmmədov İsmayıl Həsən oğlu Ucar Təhsil Sektoruna müvəqqəti rəhbər təyin olunub. O, bundan sonra sektorun fəaliyyətinə rəhbərlik edəcək.
Gülər
NOCOMMENT.az













