Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində "AzInTelecom" MMC-nin Baş direktorunun müşaviri Səməd Seyidovun vəzifəsindən azad edildiyi bildirilir.
NOCOMMENT.az xəbər verir ki, "AzInTelecom"dan bildirilib ki, S.Seyidov hazırda “AzInTelecom” MMC-də baş direktorun müşaviri olaraq vəzifəsinin icrasını davam etdirir. O, paralel olaraq AZCON Holdinqdə keyfiyyət idarəetməsi üzrə müvafiq layihənin icrasında müvəqqəti olaraq iştirak etmiş, daha sonra AzInTelecom MMC-dəki vəzifəsinin icrasına qayıtmışdır.
Xatırladaq ki, S.Seyidov 2024-cü ilin avqustunda "AzInTelecom"un rəhbərinin müşaviri təyin olunub. (Plat.az)












