Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ: Sabah 10:00-dan...

Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ: Sabah 10:00-dan...

Sumqayıt şəhərinin bir neçə yaşayış massivində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Bununla bağlı şəhər sakinlərinə rəsmi xəbərdarlıq edilib.

NOCOMMENT.az xəbər verir ki, 08 may 2026-cı il tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi, Xəzər bağlar massivi, Kotec qəsəbəsi, Yeni Bulvar və 26-cı məhəllə ərazilərində qaz təchizatında məhdudiyyət yaranacaq.

Məlumata görə, qaz kəsintisi ümumilikdə təxminən 15 min abonenti əhatə edəcək. Məhdudiyyətin səbəbi və bərpa vaxtı barədə ətraflı məlumat verilməsə də, sakinlərdən ehtiyatlı olmaları və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.