32 yaşlı məşhur müğənni TANINMAZ HALDA - FOTO

32 yaşlı məşhur müğənni TANINMAZ HALDA - FOTO

Dünyaca məşhur Puerto Rikolu müğənni Bad Bunny 2026-cı il Met Qalasında qeyri-adi görünüşü ilə diqqət mərkəzinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, "Met Gala" çərçivəsində Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində keçirilən tədbirdə səhnəyə çıxan sənətçi makiyaj vasitəsilə yaşlı bir kişinin obrazına bürünüb.

32 yaşlı ifaçı bu transformasiya ilə demək olar ki, tanınmaz hala düşüb.

Onun makiyajı daha əvvəl model Heidi Klumun Halloween obrazları ilə tanınan məşhur makiyaj ustası Mayk Marino tərəfindən hazırlanıb. Üz və əllərdə tətbiq olunan detallı yaşlandırma effekti gecənin ən çox danışılan məqamlarından biri olub.

Bad Bunny qırmızı xalçada tam qara, xüsusi hazırlanmış smokinqdə və boynuna bağlanmış iri bantla çıxış edib. Bu obrazın dizayner Çarlz Ceymsin 1947-ci il “Bustle” dizaynına istinad olduğu bildirilir. Sənətçi görünüşünü əsa ilə tamamlayaraq performansını daha da diqqətçəkən edib.

Qeyd edək ki, Bad Bunny bundan əvvəl Super Bowl fasilə şousundakı çıxışı ilə də gündəmə gəlmişdi. İspan dilində ifa etdiyi mahnılardan sonra o, ABŞ prezidenti Donald Tramp tərəfindən tənqid olunmuşdu. Sənətçi isə buna cavab olaraq “Nifrətdən güclü olan tək şey sevgidir” mesajını paylaşmışdı.\\musavat.com

Bizim Telegram səhifəsinə abunə olun