SON DƏQİQƏ: Məşhur müğənni azadlığa BURAXILDI - FOTO

SON DƏQİQƏ: Məşhur müğənni azadlığa BURAXILDI - FOTO

İstanbulun Ümraniyə rayonunda futbolçu Kubilay Kaan Kundakçının qətli ilə bağlı istintaq tamamlanıb, ittiham aktı hazırlanıb.

NOCOMMENT.az xəbər verir ki, istintaq zamanı saxlanılan müğənni İzzet Yıldızhan həbs müddətinə yenidən baxıldıqdan sonra məhkəmə nəzarəti altında – ölkədən çıxış qadağası tətbiq olunmaqla azadlığa buraxılıb.

O, “cinayətkarı gizlətmək” maddəsi ilə 6 aydan 5 ilə qədər həbs cəzası ilə üzləşir.

İttihamnaməyə əsasən, əsas təqsirləndirilən şəxs Alaattin Kadayıfçıoğlu “qəsdən adam öldürmə” maddəsi ilə ömürlük həbs cəzası tələbi ilə mühakimə olunacaq. Digər təqsirləndirilən şəxslər barədə isə “qəsdən adam öldürməyə təhrik etmə”, “kömək etmə” və “cinayət sübutlarını gizlətmə” kimi maddələrlə müxtəlif müddətli cəzalar istənilir.

Qeyd edək ki, hadisə 19 mart gecəsi Ümraniyədə baş verib. İddialara görə, tərəflər arasında yaranan gərginlik fonunda silahlı hücum həyata keçirilib və 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı ağır yaralanaraq xəstəxanada həyatını itirib.

İstintaq materiallarında bildirilib ki, şübhəli şəxs hadisə yerinə gələrək avtomobildə olanlara atəş açıb. Ekspertiza rəyinə görə, güllə daxili qanaxmaya səbəb olaraq ölümə gətirib çıxarıb. Araşdırmalar həmçinin hadisədən əvvəl şübhəlilərin ərazidə hərəkət etdiyini göstərir ki, bu da qətlin planlaşdırılmış ola biləcəyi ehtimalını gücləndirir.

Şahid ifadələrində hadisənin şəxsi münasibətlər və qısqanclıq zəminində baş verdiyi qeyd olunur.

İş üzrə ilk məhkəmə iclası 22 iyun tarixində keçiriləcək. Təqsirləndirilən şəxslər həmin gün ilk dəfə hakim qarşısına çıxacaqlar.\\musavat.com

Ünlü türkücü İzzet Yıldızhan tahliye edildi

Bizim Telegram səhifəsinə abunə olun