TƏCİLİ! Sumqayıtda güclü yanğın: Ana və qızı zəhərləndilər

TƏCİLİ! Sumqayıtda güclü yanğın: Ana və qızı zəhərləndilər

Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram səhifəsinə abunə olun