SON DƏQİQƏ! Hökumət istefaya göndərildi — Bu ölkədə

SON DƏQİQƏ! Hökumət istefaya göndərildi — Bu ölkədə

Rumıniya Parlamenti mayın 5-də Baş nazir İlie Bolojanın rəhbərlik etdiyi sağmərkəzçi hökumətə etimadsızlıq votumu verərək kabineti istefaya göndərib.

NOCOMMENT.az xəbər verir ki, hökumətin düşməsində ölkənin əsas müxalifət qüvvəsi olan solmərkəzçi Sosial-Demokrat Partiyası (PSD) həlledici rol oynayıb.

Səsvermə nəticəsində İlie Bolojan hökuməti parlamentin dəstəyini itirib. Bu qərar ölkədə siyasi qeyri-müəyyənliyə yol açaraq yeni hökumətin qurulması və ya növbədənkənar seçkilərin keçirilməsi ehtimalını gündəmə gətirib. Sosial-demokratların təşəbbüsü ilə qəbul edilən votum, sağmərkəzçi koalisiyanın iqtisadi və sosial siyasətinə qarşı artan narazılığın göstəricisi kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

Bizim Telegram səhifəsinə abunə olun