ABŞ administrasiyası Ukraynaya açıq xəbərdarlıq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda bildirilib ki, əgər Kiyev 27 noyabra qədər təqdim olunmuş “sülh planını” imzalamasa, Vaşinqton silah tədarükünü dayandıra və kəşfiyyat məlumatlarının paylaşılmasını məhdudlaşdıra bilər.
Mənbələr bildirir ki, ABŞ “müharibənin uzanmasını istəmir” və Zelenski hökumətindən sürətli qərar gözləyir.












