Avropa ölkələrinin dövlət başçıları ABŞ və Rusiyanın hazırladığı iddia olunan sülh planı ətrafında yaranmış gərginlik fonunda Ukrayna Prezidenti Vladimir Zelenski ilə təcili müzakirə təşkil ediblər.
NOCOMMENT.az Bloomberg-ə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Mers gün ərzində nəzərdə tutulmuş tədbirlərini ləğv edərək Zelenski ilə gözlənilməz telefon konfransı keçirməyə qərar verib.
Eyni zamanda, Financial Times yazır ki, Avropa liderləri sabah Cənubi Afrikada keçiriləcək G20 sammiti çərçivəsində ABŞ-ın yeni sülh planını müzakirə etmək üçün fövqəladə toplantı keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, son günlər ABŞ və Rusiya arasında formalaşdırıldığı iddia edilən sülh planı Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb və məsələ ilə bağlı diplomatik fəallıq xeyli artıb.












